Dünya

İrəvana sərt xəbərdarlıq

Metbuat.az

Dünya Bankı bu il Ermənistanda iqtisadi artımın sıfıra enəcəyini proqnozlaşdırsa da, bir sıra erməni iqtisadçılar məsələnin daha da fəlakətli nəticələnəcəyini proqnozlaşdırırlar.



ANS PRESS-in məlumatına görə, belə düşünənlərdən biri iqtisadçı ekspert Aşot Yeqizaryandır.



“Son iki ayda Ermənistan iqtisadiyyatında müşahidə edilən tənəzzül gösətirir ki, ili sıfırla deyil, mənfi göstərici ilə başa vuracağıq. Mən bilmirəm, nə baş verməlidir ki, ili, heç olmazsa, sıfır göstərici ilə başa vuraq?”, - deyə iqtisadçı vurğulayıb.



Aşot Yeqizaryanın fikrincə, Ermənistanda artım göstəricisini mənfidən xilas edərək sıfıra yaxınlaşdırmaq üçün yeni sərmayələr cəlb edilməlidir ki, bu da onun fikrincə, yalnız Qərbdən gələ bilər.



Ermənistanın Avrasiya İttifaqına girməsindən sonra Qərbin bu ölkəyə sərmayə yatıra biləjəyi inandırıcı görünmür. Rusiyaya qarşı sanksiyalar tətbiq edən Qərb çətin ki, onun müstəmləkəsinə sərmayə yatırsın.


Mənbə
ANS PRESS