Dünya

İrəvan səmasında həyəcan

Metbuat.az

Ermənistandakı Rusiya hərbi bazasında raket əleyhinə müdafiə qoşunlarının hərbi təlimləri başlayıb.



ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya ordusunun cənub-şərq dairəsinin mətbuat xidmətindən məlumat verilib.



Rusiya zenit birləşmələri dəniz səviyyəsindən 1,5 min metr hündürlükdə sahə təlimlərinə başlayıblar.



“Sahə təlimlərində şərti düşmənin tək və qrup hava hədəflərinin hücumunun qarşısının alınması üzrə məşqlər aparılacaq. Bu zaman hərbçilər döyüş atəşləri olmadan, fəal küy təhriflərindən və lokasiya əleyhinə raketlərdən istifadə etməklə 100 döyüş tapşırığını yerinə yetirəcəklər”, - deyə məlumatda bildirilir.



Təlimlərdə 300-ə yaxın hərbçi iştirak edir.


Mənbə
ANS PRESS