Dünya

İraqın Baş naziri ordunun 300 zabitini istefaya göndərib

Metbuat.az

Bakı, 13 aprel,

AZƏRTAC

Eyni zamanda milli hərbi qüvvələrin də baş komandanı olan İraqın Baş naziri Heydər əl-Abadi ordunun 300 zabitini istefaya göndərmək barədə qərar qəbul edib.


AZƏRTAC

xarici KİV-lərə istinadla xəbər verir ki, bu addım ordunun yenidən qurulması, effektivliyinin və hazırda ölkənin üzləşdiyi təhlükələrə qarşı döyüş qabiliyyətinin artırılması üçün atılıb. Bir qədər əvvəl isə əl-Abadi İraq ordusu və təhlükəsizlik xidmətlərinin yüksək vəzifəli zabitləri arasında yerdəyişmələr aparmışdı.


Qeyd edək ki, hazırda ordu qüvvələri keçən ilin yay aylarından etibarən İraqın şimalında və şimal şərqində bir neçə əyaləti əllərinə keçirərək ölkənin təxminən 30 faizində nəzarətə yiyələnən İŞİD qruplaşmasının mövqelərinə genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır.