Dünya
Mənbə
ANS PRESS
İrana qarşı sanksiyalar nə vaxt dayanacaq?
İran nüvə proqramı ilə axrıncı razılaşmadan sonra ölkəyə qarşı sanksiyaların dayandırılması bir ilə yaxın çəkə bilıər.
ANS PRESS-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, bu barədə açıqlamanı cümə günü dövlət departamentinin nümayəndəsi Mari Harf verib.
“İran özünün beynəlxalq öhdəliklərini təsdiq edəcəyi təqdirdə, İrana qarşı sanksiya rejimi yumşaldılacaq”- deyə xanım Harf qeyd edib.
Harf nəzərə çatdırıb ki, bunun üçün Tehran tərəfindən öz nüvə proqramı üzrə əsaslı addımlar atması ilə bağlı MAQATE-nin təsdiqi lazımdır.
Qeyd edək ki, uzun mdanışıqlardan sonra cümə axşamı İrana sülhməramlı nüvə proqramının davam etdirilməsi və İrana qarşı sankslyaların ləğv edilməsi barədə razılıq əldə olunub.
Mənbə
ANS PRESS