Dünya

​İran XİN rəhbəri aprelin 12-də Qazaxıstana rəsmi səfər edəcək

Metbuat.az

Bakı. 11 aprel. REPORT.AZ/ Qazaxıstan prezidenti Nursultan Nazarbayev aprelin 13-də İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşəcək. 


"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, İran XİN rəhbəri aprelin 12-13-də Astanada rəsmi səfərdə olacaq.


"Aprelin 13-də Qazaxıstan prezidentinin İran XİN rəhbəri Məhəmməd Cavad Zərifi qəbul edəcəyi gözlənilir", - Qazaxıstan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.


Səfər çərçivəsində M.Zərifin

Xarici İşlər Nazirliyi

ndə görüşlər keçirməsi və Qazaxıstan Humanitar Hüquq Universitetində mühazirə deməsi də planlaşdırılır.