İqtisadiyyat

İran şirkəti Azərbaycanda istehsal müəssisəsi açmaq istəyir

Metbuat.az

Tehran, 12 aprel,

AZƏRTAC

İran İslam Respublikasının Qırmızı Aypara Cəmiyyəti Azərbaycanda bitki yağı istehsal etmək üçün müəssisə qurmağı planlaşdırır.


Bu barədə İranın Mazandaran vilayətinə səfər edən bir qrup azərbaycanlı jurnalistə “Soha Jissa” şirkətinin rəhbəri Araş Seyid Salehi məlumat verib.


İranın böyük istehsalçı şirkətlərindən olan “Soha Jissa”nın rəhbəri deyib ki, şirkət əvvəlcə Bakıda nümayəndəliyini açmaq istəyir.


“Soha Jissa” şirkəti İranda bitki yağları ilə yanaşı, dərman preperatları və çay istehsalçısı kimi də tanınır. Hazırda şirkət bu məhsullar üzrə yerli bazarın 70 faizinə nəzarət edir. Şirkətin müəssisələri sifariş əsasında digər istehsalçıları xammal ilə təmin edir.


A.S.Salehi vurğulayıb ki, sifariş əsasında azərbaycanlı istehsalçılara da xammal göndərmək olar. Onun sözlərinə görə, şirkət yaxın gələcəkdə istehsal etdiyi məhsulların Azərbaycana ixracını da planlaşdırir.


Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran