İran Azərbaycandan müalicəyə gələn pasientlərə endirim edəcək
Onun sözlərinə görə, İrana gələn azərbaycanlıların 300 min nəfəri Təbriz şəhərinə, əsasən müayinə-müalicə məqsədilə səfər edir: "Bunun 2013-cü ildə 5 500 nəfəri xəstəxanaya yerləşdirilib. Onlar ya əməliyyat məqsədilə və ya digər ayrı xidmətlə təmin olunduqlarından müalicə mərkəzlərində qalıblar. İrana müalicə üçün gələn azərbaycanlılar xüsusən ürək-damar, onkoloji xəstəliklər, sonsuzluq və uşaqlarda xərçəng xəstəliyi və ən əsası əməliyyat məqsədini güdür".
Azərbaycanda manatın devalvasiyası ilə əlaqədar İran Sağlamlıq Turizmi Birliyinin rəhbəri qeyd edib ki, bundan sonra manatın məzənnəsinin düşməsi davam edəcəyi təqdirdə, müalicə məqsədilə İrana gələn turistlərin sayının azalmaması, onları itirməmək üçün göstərilən tibbi xidmətlərə qiymətlər aşağı salınacaq. "Qiymət endirimləri də fərdi qaydada, pasientin maddi vəziyyəti nəzərə alınmaqla həyata keçiriləcək", - deyə F.Hacızadə qeyd edib.