İqtisadiyyat

İpoteka Fondunun agent bankları 654 milyon manatdan çox ipoteka krediti veriblər

Metbuat.az

Bakı, 6 aprel,

AZƏRTAC

Azərbaycan İpoteka Fondunun (AİF) agent bankları 2006-cı ildən indiyədək 16 min 322 ipoteka krediti veriblər.


Bu barədə

AZƏRTAC

-a AİF-dən bildirilib.


Fondun məlumatına görə, AİF-in vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 654 milyon 230 min 220 manatdan çoxdur.


AİF ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin martından başlayıb.