Texnologiya
Aynur Vəliyeva
“iPhone” sahibləri artıq “Twitter”də videonun sürətini azalda bilərlər
“iPhone” sahibləri artıq “Twitter”də videonun sürətini azalda bilərlər.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, mikrobloq servisi istifadəçilərə ləngidilmiş baxış effektli videonu yükləmək imkanı təqdim edib.
Funksiya avtomatikdir, çünki servis çarxın “slow motion” rejimində çəkilib-çəkilmədiyini özü müəyyən edir. “Apple” smartfonlarında bu funksiya 2013-cü ildə peyda olub.
Hazırda “Twitter”dən başqa “YouTube”, “Vimeo” və “Facebook” kimi sosial şəbəkələr də ləngidilmiş çarxlar dərc edir.
Aynur Vəliyeva