Maraqlı

İnternet Explorer öldü: yaşasın Spartan - VİDEO - FOTO

Metbuat.az
Microsoft korporasiyası aylar əvvəl anons etdiyi Spartan brauzerinin rəsmi təqdimatını keçirib. Bu təqdimat korporasiyanın hazırda istifadə olunan İnternet Explorer brauzerinin faktiki "ölüm"ü deməkdir.
 
Milli.Az Gizmodo-ya istinadən bildirir ki, Windows 10 əməliyyat sisteminin Technical Preview versiyasının istifadəçilərinin sistemi yeniləmələri Spartan-ın noutbuka, planşetə və ya kompüterə yüklənməsi üçün yetərlidir.
 
Spartan veb-səhifələri açanda "əlavə" hər şeyi "ləğv" etməklə saytların oxunmasını asanlaşdırır və veb-serfinqi daha rahat edir.
Spartan-da Contana adlı səs yardımçısı da var.
 
Yeni brauzer hələlik test versiyasındadır. Windows 10 əməliyyat sistemi yayda rəsmən təqdim olunacaq.
 
Milli.Az
 



Videonu izləmək üçün şəklə klikləyin.