Dünya
AZƏRTAC
İngiltərənin sərhəd məntəqələrindən çıxış edən şəxslər qeydiyyata alınacaq
Bakı, 8 aprel,
AZƏRTACİngiltərə hökuməti ölkədən hava, dəniz və quru yolu ilə çıxışlarda pasport yoxlanışının aparılacağını, sərnişinlərin məlumatlarının qeydiyyata alınaraq Daxili İşlər Nazirliyinə göndəriləcəyini bildirib.
AZƏRTAC
xarici KİV-lərə istinadla xəbər verir ki, yeni sistem İngiltərədən ayrılan və ölkədə qalan insanlara nəzarəti asanlaşdırmaq üçündür. Bununla da polis və təhlükəsizlik qüvvələrinin günahkar və terroristləri təqib etmələri təmin ediləcək. Qeyri-qanuni köçün qarşısını almağı hədəfləyən qanunla kimin ölkəni tərk etdiyi və kiminsə qaçaq olaraq qaldığı məlum olacaq.
Qeyd edək ki, 1998-ci ildən bu vaxtadək İngiltərədən çıxan insanların pasportları yoxlanılmırdı.