İndiyədək Kulevi Neft Terminalından 18 milyon ton karbohidrogen və neft-kimya məhsulları daşınıb
Bakı, 6 aprel, Nihat Budaqov,
AZƏRTACBu ilin birinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Kulevi Neft Terminalından 700 min metr/ton məhsul daşınıb. Ötən üç ayda 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çox karbohidrogen ötürülüb.
AZƏRTAC
terminalın rəsmi saytına istinadla xəbər verir ki, Kulevi istifadəyə verilən dövrdən bu vaxtadək terminaldan ümumilikdə 18 milyon ton karbohidrogenlər və neft-kimya məhsulları daşınıb. həmin məhsulların 27,85 faizini yanacaq yağları, 21,63 faizini xam neft və 43,98 faizini qaz yağları təşkil edib. Bu həcmin 1,51 faizi isə kerosini, propilen və metanol kimi digər məhsulların payına düşüb.
Qeyd edək ki, Kulevi Neft Terminalı və portu 2008-ci ilin mayında istismara verilib. Bir ay sonra porta ilk tanker yan alıb.