Texnologiya
İlk Ubuntu-lu smartfon satılacaq
Ubuntu Canonical və İspaniyanın BQ istehsalçısı Ubuntu əməliyyat sistemi ilə işləyən ilk smartfonun (Aquaris E4.5 Ubuntu Edition) kütləvi satışına başlayıb. Qurğunun dəyəri 170 avro təşkil edir.
Milli.Az ICTnews-a istinadən bildirir ki, Aquaris E4.5 Ubuntu Edition smartfonu 960x540 piksel təsvir ölçülü 4,5 düymlük ekran, avtofokusa və ikiqat işıq diodu işıqlandırıcısına malik 8 meqapiksellik kamera, 1,3 QHs takt tezlikli dördnüvəli MediaTek prosessoru, 1 QB əməli yaddaş və 8 QB daxili yaddaşla təchiz edilib. Əsas kamera Full HD formatında video çəkilişini dəstəkləyir. Ön kameranın təsvir ölçüsü 5 meqapiksel təşkil edir. SİM kartlar üçün iki konnektor nəzərdə tutulub.
Milli.Az