İqtisadiyyat
İlin əvvəlindən Bakı metropoliteni 54 milyon sərnişinə xidmət edib
Bakı, 9 aprel, Gülnar Bəşirova,
AZƏRTACBu ilin yanvar-mart aylarında Bakıda metro nəqliyyatının xidmətlərindən 54 milyon nəfər istifadə edib.
Bunu
AZƏRTAC-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib. Belə ki, metro ilə yanvar ayında 18 milyon 200 min, fevral ayında 17 milyon 800 min, mart ayında isə 18 milyon nəfər sərnişin daşınıb. Ötən ilin müvafiq dövründə isə 51 milyon 900 min sərnişin metro nəqliyyatının xidmətlərindən istifadə edib, bu isə 4 faiz artım deməkdir.
“Bu ilin ilk rübündə 1,2 milyon nəfər güzəştli gedişdən istifadə edib ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə eynilik təşkil edir”,- deyə Metropoliten təmsilçisi əlavə edib.