İqtisadiyyat

İlham Əliyev: Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq

Metbuat.az

Bakı, 11 aprel,

AZƏRTAC

Biz ilin birinci rübündə elektroenergetika sahəsində ciddi islahatlar apardıq. “Azərişıq” qurumu yaradılmışdır. “Azərişıq” “Bakıelektrikşəbəkə” Səhmdar Cəmiyyətinin əsasında qurulubdur və əsas məqsəd rayonlarda elektrik enerjisi ilə təchizatı Bakının səviyyəsinə qaldırmaqdır.


AZƏRTAC

xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.


Ölkə başçısı deyib: “Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaqdır. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir. Ancaq qarşıya vəzifə qoyulub və mən birinci rübdə bu struktur islahatını xüsusilə vurğulamaq istəyirəm”.