İqtisadiyyat

İcbari Sığorta Bürosu tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib

Metbuat.az

Bakı, 15 aprel,

AZƏRTAC

İcbari Sığorta Bürosu tərəfindən 17 dekabr 2013-cü il tarixdə Şirvan-Salyan magistral yolunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində ailə üzvünün vəfat etməsi ilə əlaqədar Azərbaycan Respublikasının vətəndaşına 5000 AZN (beş min manat) məbləğində kompensasiya ödənişi verilib.


Sığorta Bürosundan

AZƏRTAC

-a bildiriblər ki, kompensasiya ödənişi poçt vasitəsilə 2015-ci il aprelin 15-də köçürülüb.