İqtisadiyyat

I rübdə Bakı metrosu ilə 54 milyondan çox sərnişin daşınıb

Metbuat.az

[ 14 Aprel 2015 16:23 ]



Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bu ilin I rübündə Bakı metrosu 54,1 mln. nəfər sərnişinə xidmət göstərib.

Bu barədə “APA-Economics”ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda qeyd olunur ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,9% artım deməkdir.