İqtisadiyyat

Hotel və restoranlarda qida standartlarına nəzarət gücləndirilib

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

 


Birinci Avropa Oyunları ilə əlaqədar hotel və restoranlarda qida standartlarına nəzarət gücləndirilib, bu istiqamətdə müvafiq işlər davam etdirilir.


AZƏRTAC

xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sabiq Abdullayev məlumat verib.


S.Abdullayev komitənin fəaliyyətinin əsas istiqamətlərindən birinin məhz hotel və restoranlarda qidaların standartlara uyğun olub-olmamasına nəzarət etməkdən ibarət olduğunu bildirib. Bu il Bakıda Avropa Oyunları, gələn il İslam Həmrəyliyi Oyunları keçiriləcək. Biz bu işlərə mütəmadi olaraq diqqət göstəririk.