İqtisadiyyat
Heydər Əliyev prospektinin əsas hissəsində nəqliyyatın hərəkəti bərpa olunub
Bakı, 21 aprel,
AZƏRTACPaytaxtın Heydər Əliyev prospektinin əsas hissəsində gecə saat 02:00 radələrinə qədər işçi qüvvəsi və texnika səfərbər olunaraq son tamamlanma işləri başa çatdırılıb.
Bu barədə
AZƏRTAC-a Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən bildirilib.
Təmir və abadlıq işləri həyata keçirilən əsas yolun istər gediş, istərsə də gəliş hissəsində aprelin 21-də səhər saatlarından nəqliyyatın hərəkəti bərpa olunub.
Artıq nəqliyyat vasitələri fasiləsiz və maneəsiz hərəkət edə bilərlər.