İqtisadiyyat

Heydər Əliyev prospektində təmir davam etdirilir

Metbuat.az

[ 06 Aprel 2015 13:51 ]


Bakı. Vüsal Nəbiyev - APA-Economics. Heydər Əliyev prospektinin Böyükşor qovşağından Heydər Əliyev Mərkəzinin qarşısına qədər olan hissəsində işlər sürətlə davam etdirilir.

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Katibliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri çərçivəsində  asfalt-beton örtüyünün üst qatının qaşınaraq yenisi ilə əvəzlənməsi, səki daşlarının dəyişdirilməsi, ayrıcı zolağa tamet daşının döşənməsi və s. işlər aparılır. 

Tezliklə görülən işlər nəticəsində  prospekt yeni görkəm alacaq.