Ölkə

Hərbçilərimiz Türkiyəyə gedir

Metbuat.az

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.



Müdafiə Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, aprelin 13-dən 17-dək Marmaris şəhərində (Türkiyə) dəniz təhlükəsizliyi və piratlığa qarşı mübarizə kursu, aprelin 13-dən 24-dək İzmir şəhərində (Türkiyə) hava sahəsinə nəzarət və idarəetmə kursu baş tutacaq.



Aprelin 13-dən 27-dək isə İstanbul şəhərində (Türkiyə) Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası ilə Türkiyə Quru Qoşunları Akademiyası arasında müəllim mübadiləsi keçiriləcək.



Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Mənbə
ANS PRESS