“Hər şey Vətən üçün” layihəsinin icrası davam etdirilir
Bakı, 3 aprel,
AZƏRTAC“Gənclərin Maarifləndirilməsinə və İnkişafına Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Hər şey Vətən üçün” layihəsinin icrasını davam etdirir.
İctimai Birlikdən
AZƏRTAC-a bildiriblər ki, iyulun 1-dək həyata keçiriləcək layihənin əsas mərhələsinin icrasına artıq başlanılıb. Layihə çərçivəsində Bakıda, Sumqayıtda, Lənkəranda və Qubada hərbi çağırışa qədər olan dövrdə gənclərin psixoloji hazırlığı, hərbi vətənpərvərlik işinin təşkili ilə bağlı təlimlər keçiriləcək.
Məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, çağırış yaşına çatmış gənclərin hərbi xidmətə həvəsləndirilməsi istiqamətində maarifləndirmə işinin təşkili üsullarını öyrətmək və təbliğ etməkdir.