İqtisadiyyat
AZƏRTAC
HASEN-in təşkilatçılığı ilə növbəti Xəzər Forumu Tbilisidə keçiriləcək
Bakı, 22 aprel, Nihat Budaqov,
AZƏRTAC
Türkiyədə fəaliyyət göstərən Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə növbəti Xəzər Forumu aprelin 29-30-da Tbilisidə keçiriləcək.
AZƏRTAC
HASEN-in saytına istinadla xəbər verir ki, “Gürcüstan: Qafqazın kəsişmə nöqtəsi” adlanan foruma Azərbaycan, Türkiyə və Gürcüstanın rəsmi şəxsləri, enerji sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələri və iş adamları dəvət edilib.
Forum çərçivəsində “Türkiyə, Gürcüstan və Azərbaycanın regional təhlükəsizlikdə rolu”, “Türkiyə, Gürcüstan və Azərbaycanın enerji əməkdaşlığında rolu” və “Orta dəhliz nəqliyyatında Gürcüstanın rolu” mövzularında seminarlar keçiriləcək.