Ölkə
Hacıkənd ərazisində yeni meşə zolaqları salınacaq
Gəncə, 4 aprel,
AZƏRTACHacıkənddə yeni meşə zolaqlarının salınması üçün hazırlıq işlərinə başlanılıb. Hazırlıq işləri çərçivəsində ərazidə yaşıllıq zolaqlarının artırılması ilə yanaşı, məhv olmuş meşə massivlərinin bərpası da nəzərdə tutulub.
Göygöl meşə mühafizəsi və bərpası idarəsinin rəisi Aslan Vəliyev
AZƏRTAC-a deyib ki, yaşıllaşdırma işləri əsasən 1990-cı ilin əvvəllərində məhv edilmiş meşə massivlərində aparılacaq. Tədbirlər planına əsasən 40 hektar ərazidə 120 min ağac əkiləcək.