İqtisadiyyat
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
Gürcüstan hökuməti infrastruktur layihələrinin maliyyələşdirilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlıdır
Tbilisi, 21 aprel,
AZƏRTACGürcüstan hökuməti, regionlarda həyata keçirəcəyi irimiqyaslı infrastruktur layihələrin maliyyələşdirilməsində Azərbaycan şirkətlərinin iştirakında maraqlıdır.
Bunu
AZƏRTAC-a müsahibəsində Gürcüstan Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili deyib.
G.Kvirikaşvili bildirib ki, hökumət artıq bir neçə iri investisiya layihələri hazırlayıb və yaxın aylarda tender elan olunacaq. Yerli və xarici şirkətlər arasında Azərbaycan investorları da var.
“Biz Azərbaycan şirkətlərinin bu layihələrin maliyyələşdirmələrində maraqlıyıq”, - deyə Kvirikaşvili vurğulayıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi