İqtisadiyyat
Gürcüstan baş nazirinin müavini Bakıya səfər edəcək
[ 13 Aprel 2015 17:36 ]
Bakı. Ülkər Bəkirli - APA. Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Kvirikaşvili aprelin 14-də Azərbaycana səfər edəcək.
Nəqliyyat Nazirliyindən APA-ya verilən məlumata görə, G. Kvirikaşvili səfər zamanı Azərbaycan nəqliyyat naziri Ziya Məmmədovla görüşəcək.
Səfərin məqsədi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin texniki tərəfi və qarşılıqlı fəaliyyət tələb edən digər məsələləri müzakirə etməkdir.