İqtisadiyyat
Gürcüstan Azərbaycana avtomobil ixracını il ərzində 7 dəfə azaldıb
[ 22 Aprel 2015 16:06 ]
Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Gürcüstandan Azərbaycana 24 mln. 849,8 min dollar dəyərində 1 356 ədəd minik avtomobili ixrac olunub.
“APA-Economics” Gürcüstan Milli Statistika Xidmətinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 8 156 ədəd avtomobil və ya 7,01 dəfə azdır.
Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstandan ixrac olunan minik avtomobillərinin həcmi dəyər baxımından 68,9% azalıb.
Qeyd edək ki, bu ilin üç ayı ərzində Gürcüstandan Azərbaycana ixrac olunan malların ümumi həcmində bu kateqoriyadan olan avtomobillərin xüsusi çəkisi 39,1% təşkil edib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana ixrac olunan avtomobillərin həcmi bu ölkənin ümumi avtomobil ixracının 43,1%-ni təşkil edib.