Ölkə

Göyçayda 51 min 428 sakin tibbi müayinələrdə iştirak edib

Metbuat.az

Göyçay, 7 aprel,

AZƏRTAC

Prezident İlham Əliyevin ölkə vətəndaşlarının fevralın 1-dən başlayaraq tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırığın icrası Göyçay rayonunda uğurla davam edir.


AZƏRTAC

xəbər verir ki, Göyçay rayon Mərkəzi Xəstəxanası tərəfindən sakinlərin kütləvi dispanserizasiyası üçün hər cür şərait yaradılıb. Göyçay şəhərində və kəndlərdə tibbi müayinə məntəqələri təşkil olunub. Həkim briqadaları kəndlərə ezam olunaraq əhalinin tibbi müayinəsini həyata keçirirlər. Aksiyaya tibbin müxtəlif sahələri üzrə 30-a yaxın həkim və orta tibb işçisi cəlb edilib. Aksiya zamanı ümumi və biokimyəvi laboratoriyalar, rentgen, elektrokardioqrafiya, ultrasəs, flüoqrafiya və digər müayinə kabinetləri əhaliyə pulsuz tibbi xidmət göstərir.


Fevralın 1-dən aprelin 7-dək rayonun səhiyyə ocaqlarında keçirilən aksiya zamanı 51 min 428 nəfər vətəndaş tibbi müayinədən keçib. Həkimlər bu günədək Göyçay şəhərində və 15 kənddə tibbi müayinələr aparıblar. Müayinələrdən sonra 303 nəfər stasionar, 1583 nəfər ambulator müalicəyə cəlb olunub. Xəstəliyi daha ağır olan 199 nəfər isə müalicə üçün Bakı şəhərinə göndərilib.