Ölkə

Görüşdə Tərcümə Mərkəzinin Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən söz açılıb

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru, tədqiqatçı alim Şirməmməd Hüseynov Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.


Mərkəzdən

AZƏRTAC

-a bildiriblər ki, bu qurumun direktoru A.Məsud Tərcümə Mərkəzinin yarandığı gündən Qarabağ həqiqətlərinin dünyaya çatdırılması istiqamətində gördüyü işlərdən söz açıb. Bildirib ki, mərkəz Qarabağ həqiqətləri, erməni vəhşilikləri, ermənilər tərəfindən törədilən tarixi qətliamlarla bağlı sənədli məlumat, oçerk və məqalələrin həftəlik mətbu orqanı olan “Aydın yol” qəzeti, həmçinin, səkkiz dildə yayımlanan rəsmi saytı vasitəsilə ictimailəşdirilməsi istiqamətində mühüm işlər görür. Bununla yanaşı, mərkəzdə Azərbaycanın tarixi əraziləri, etnogenezi, Qarabağın tarixi, erməni qəsbkarlığı ilə bağlı bu vaxtadək işıq üzü görməyən müfəssəl məlumatlı mətn və materialların, tarixi sənədlərin toplanması, kitab, toplu şəklində dünya dillərinə tərcümə olunması prosesinə hazırlıq işləri də gedir. Yəni artıq əlimizdə olan materiallar arxivləşdirilir, tərcümə mərhələsinə çatdırılır.


Direktor, həmçinin bu sahədə indiyədək ölkə ictimaiyyəti, ayrı-ayrı alim və tarixçilər tərəfindən kifayət qədər işlər görülsə də, problemlə bağlı dünya ictimaiyyətindən gözlənilən nəticənin hələ də əldə olunmadığını, bu istiqamətdə daha təsirli və işlək vasitələrin axtarılmasının vacibliyini vurğulayıb.


Professor Ş.Hüseynov ən dəqiq tarixi həqiqətlərin hansı mənbələrdə axtarılması, bu mənbələrlə necə işləmək barədə geniş məlumat verib.