Ölkə

Gənclər Təşkilatları Milli Şurasının regionlarda fəaliyyətinin gücləndirilməsi müzakirə olunub

Metbuat.az

Bakı, 16 aprel,

AZƏRTAC

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) sədri Şahin Seyidzadə regionlara səfəri çərçivəsində ARGTMŞ-nin Gəncədə və Şəkidəki üzv təşkilatlarının rəhbərləri və nümayəndələri ilə görüşüb.


ARGTMŞ-dan

AZƏRTAC

-a bildiriblər ki, görüşlərdə Şuranın regionlarda fəaliyyət göstərən üzv təşkilatları ilə əlaqələrinin gücləndirilməsi, bu istiqamətdə birgə tədbirlərin həyata keçirilməsi, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə reallaşdırılan “Yerli Gənc” kənd gənclərinin inkişaf proqramı çərçivəsində görülən işlər və digər məsələlər müzakirə olunub.


İyirmi ildir fəaliyyət göstərən ARGTMŞ ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edən 112 gənclər təşkilatını və minlərlə gənci birləşdirir.