Gəncədə “Şagird parlamenti”nin ikinci iclası keçirilib
Gəncə, 8 aprel,
AZƏRTACGəncədə fəaliyyət göstərən “Şagird parlamenti”nin ikinci iclası keçirilib.
AZƏRTAC
xəbər verir ki, orta məktəb parlamentləri sədrlərinin, eləcə də müəllim və şagirdlərin iştirakı ilə keçirilən iclasda dövlət himni səsləndirildikdən sonra parlamentin sədri, 15 nömrəli orta məktəbin IX sinif şagirdi Valeh Əsədov iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Orta məktəblərdə fəaliyyət göstərən “Şagird parlamentləri” sədrlərinin hesabatı dinlənilərkən diqqətə çatdırılıb ki, şagirdlərin marağına və narahatlığına səbəb olan məsələlər, eləcə də problemlər və onların həlli yolları məktəb rəhbərliyi qarşısında qaldırılmaqla həll edilir.
“Şagird parlamenti”nin ikinci iclasında 11 yaşlı Ümid Həbibov Azərbaycan Prezidenti İlham Əliyevlə və onun ailə üzvləri ilə birlikdə keçirdiyi ad günündən aldığı xoş təəssüratlardan danışıb.