Ölkə

Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib

Metbuat.az

Gəncə, 5 aprel,

AZƏRTAC

Aprelin 4-də Gəncədə növbəti ağacəkmə aksiyası keçirilib.


AZƏRTAC

xəbər verir ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan park-kompleksin ərazisində keçirilən aksiyada şəhərin idarə və təşkilat kollektivləri, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri fəallıqla iştirak ediblər. Aksiya çərçivəsində 10 min Eldar şamı, çoxlu sayda feyxua ağaçı və 5 min qızılgül kolu əkilib. Ağac əkilən sahələrdə əvvəlcədən hazırlıq işləri görülüb, ərazi tullantılardan təmizlənib.


Yaşıllaşdırma marafonu çərçivəsində keçirilən aksiyada İDEA İctimai Birliyinin Gəncə bölməsinin üzvləri daha fəal iştirak etməklə, şəhərin yaşıllaşdırılmasına və ekologiyanın qorunmasına dəstək veriblər.