Ölkə
AZƏRTAC
Gəncədə “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı: Gələcəyə baxış” adlı beynəlxalq forum keçiriləcək
Gəncə, 9 aprel,
AZƏRTACAzərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ), Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə aprelin 10-da Gəncədə “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı: Gələcəyə baxış” adlı beynəlxalq forum işə başlayacaq.
AZƏRTAC
xəbər verir ki, tədbirdə Avropa Gənclər Forumu nümayəndələri, “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” Təşkilat Komitəsinin, Belçika, İtaliya, Hollandiya, Portuqaliya, Sloveniya, Yunanıstan və Rumıniya Gənclər təşkilatları milli şuralarının rəhbərləri və ARGTMŞ-in əməkdaşları iştirak edəcəklər.