Ölkə

Gəncə məktəbliləri ulu öndərə məhəbbətlərini ifadə ediblər

Metbuat.az

Gəncə, 11 aprel,

AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar Gəncədəki 32 nömrəli orta məktəbin balaca şagirdləri ağacəkmə aksiyası keçiriblər. Bununla da onlar ulu öndərə məhəbbətlərini ifadə ediblər.


Heydər Əliyev park-kompleksində keçirilən aksiyada iştirak edən 70-ə yaxın şagird 50-dən çox ağac əkib. Bundan başqa, uşaqlar əvvəllər əkilmiş ağaclara da qulluq göstərib, ərazidə təmizlik işləri aparıblar.


Məktəbin müəllimi Rəna Nağıyeva

AZƏRTAC

-a bildirib ki, aksiyanın keçirilməsi uşaqların öz təşəbbüsüdür və onlar ətraf mühitin və ekologiyanın qorunması ilə bağlı tədbirlərdə yaxından iştirak etmək arzusundadırlar.