Ölkə
ANS PRESS: Aytəkin Alxaslı
Gənc qız zəhərləndi
Bu gecə Siyəzən rayonunda 22 yaşlı qız zəhərlənib. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Məşrif kəndində qeydə alınıb.
Kənd sakini, 1993-cü il təvəllüdlü Şəhla Ənnağı qızı Nağıyevanı evdə huşsuz vəziyyətdə tapıblar. Onu dərhal xəstəxanaya çatdırıblar.
Həkimlərin səyi nəticəsində qızın həyatını xilas etmək mümkün olub. Müayinə zamanı onun dərmandan zəhərləndiyi məlum olub.
Hazırda Şəhla Nağıyevanın vəziyəti stabildir.
Faktla bağlı araşdırma aparılır.
MənbəANS PRESS: Aytəkin Alxaslı