İqtisadiyyat

Gələn ilin büdcəsində neftin baza qiyməti məlum oldu – 50 dollar

Metbuat.az

Azərbaycanın 2016-cı il üzrə dövlət büdcəsinin ilkin parametrləri üzərində işlər gedir.


 

APA-Economics”in məlumatına görə, bunu maliyyə naziri Samir Şərifov mətbuat konfransında bildirib.

Nazir bildirib ki, gələn ilin dövlət büdcəsinin ilkin variantı Maliyyə Nazirliyi tərəfindən artıq hazırlanıb: “Biz ilkin ssenarilərdə neftin qiymətini 50 dollardan götürmüşük. Bununla yanaşı, biz  baş verən proseslərə baxacağıq”.