İqtisadiyyat

Gələn ay Bakıda yeni yol açılacaq

Metbuat.az

Bakı. 17 aprel. REPORT.AZ/ Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Avtovağzal dairəsi adlanan ərazisinin Bakı Dairəvi-1 avtomobil yoluna birləşdirliməsi məqsədilə inşa edilən yeni yolda işlərin 80%-i yerinə yetirilib.


“Report” “

Azeryolservis

” ASC-nin məlumatına əsasən xəbər verir ki, ümumi uzunluğu 1 070 metr olan yolda 445 metr uzunluğunda 15 aşırımdan ibarət estakada da inşa olunub. Hazırda estakada üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi və asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Layihənin may ayı ərzində tamamlanması planlaşdırılır.


Sözügedən yol istifadəyə veriləndə Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri, habelə Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan sərhədi, Ələt-Astara-İran sərhədi və Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar Bakı-Sumqayıt yoluna daxil olmadan Respublika Stend Atıcılığı İdman Kompleksinə və Bakı Dairəvi-1 avtomobil yoluna maneəsiz çıxa biləcək.