Dünya

Fransız helikopteri Braziliyada 5 nəfəri öldürdü

Metbuat.az

Braziliyanın San-Paolo şəhərində helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.


 


APA

-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, idarəetməni itirən helikopter yaşayış binalarının olduğu məhəlləyə düşüb. Qəzanın səbəbləri hələlik məlum deyil.


 


İlkin məlumata əsasən, Fransa istehsalı olan  EC-155 tipli helikopter texniki baxışdan sonra sınaq uçuşu həyata keçirirmiş. “Seripatri” aviaşirkətinə məxsus helikopterdə iki pilot və üç aviatexnik olub.


 


Faktla bağlı Braziliyanın Milli Mülki Aviasiya Agentliyi araşdırma aparır.



Milli.Az