İqtisadiyyat

Fransanın AREVA şirkəti ilə birlikdə Tədqiqat Nüvə Reaktoru yaradılacaq

Metbuat.az

Bakı, 22 aprel,

AZƏRTAC

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində “Milli Nüvə Tədqiqatları Mərkəzi” QSC Fransanın AREVA şirkəti ilə birlikdə Tədqiqat Nüvə Reaktorunun yaradılmasını planlaşdırır. Artıq Nüvə Reaktorunun strateji planı və texniki xarakteristikası hazırlanıb və razılaşdırılması üçün Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdim olunub.


Mərkəzdən

AZƏRTAC

-a verilən məlumata görə, bu ilin birinci rübündə Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun daimi istifadəsində olan Abşeron rayonu, Qobu qəsəbəsindəki 15 hektar torpaq sahəsi, bu sahədə yerləşən “Qamma Şüalanma Kompleksi” yarımçıq tikililər avadanlıqla birlikdə QSC-nin balansına verilib. Mərkəzin laboratoriyalarında yüksək temperaturlarda materialların xassələrini öyrənməyə imkan verən yeni cihazların alınması üçün Türkiyənin “Tetra Texnoloji Sistemlər LTD” şirkəti ilə müqavilə bağlanılıb . Aprel ayının sonunadək avadanlığın Mərkəzə təhvil veriləcəyi nəzərdə tutulur.