Fransalı “hörümçək adam” 75 mərtəbəli göydələnə dırmaşıb
Fransada “hörümçək adam” kimi tanınan Alen Rober təhlükəsizlik kəmərindən istifadə etmədən Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində 75 mərtəbəli “Cayan Tower” binasına dırmaşıb.
AZƏRTAC
Associated Press xəbər agentliyinin saytina istinadla xəbər verir ki, məşhur alpinist 310 metr hündürlüyü olan binaya 65 dəqiqəyə çıxıb.
Arzusunun gerçəkləşdiyini söyləyən idmançı adının Ginnesin rekordlar kitabına düşməsini istəyir.
Fransalı “hörümçək adam” “Bürc Xəlifə” (BƏƏ), "Empire State" (Nyu-York) və “Eyfel qülləsi” də daxil olmaqla, 130-a yaxın göydələni fəth edib. A.Rober binalara icazəsiz dirmaşdığı üçün dəfələrlə polis tərəfindən saxlanılıb. Dubaya isə o, dəyəri 273,2 milyon ABŞ dolları olan 310 metrlik yaşayış binasını diqqət mərkəzinə çevirmək üçün xüsusi dəvət edilib.