Fransada kütləvi etiraz aksiyaları keçirilib
Bakı. 10 aprel. REPORT.AZ/ Fransanın bir çox şəhər və rayonlarında etiraz aksiyaları keçirilib.
"Report" xarici informasiya vasitələrinə istinadən xəbər verir ki, etiraz akisyaları nəticəsində iki min hava reysi təxirə salınıb.
Məlumata görə, tətil edənlər arasında Eyfel qülləsində işləyənlər də olub. Bu səbəbdən ölkənin tarixi və turizm yerləri bağlanıb.
Fransa kökuməti Avropa İttifaqının tələbi ilə dövlət büdcəsindən sosial sahəyə ayırmanı 50 milyon avro azaltmağı planlaşdırır. Bundan başqa, təqaüd yaşını artırmaq planı və işləyənlərin işdən çıxarılmasını asanlaşdırması cəmiyyətin ciddi təziyqləri ilə müşayiət olunur. Etiraz aksiyaları hökumətin bu sayaq sosial yönlü planlarına qarçı keçirilir.
Xatırladaq ki, Fransa mülki aviasiya şirkətinin işçiləri ötən gündən 48 saatlıq etiraz tətilinə başlayıb.