Dünya

Finlandiyada immiqrantların sayını ikiqat artırmaq istəyirlər

Metbuat.az

Helsinki, 13 aprel,

AZƏRTAC

Ekspertlər qeyd edirlər ki, Finlandiyada iqtisadi artımın təmin olunması üçün bu ölkəyə hər il əlavə 34 min immiqrantı cəlb etmək lazımdır. İmmiqrantların çox olması ölkədə məşğulluq səviyyəsini 69 faizdən 75 faizədək artırmağa imkan verəcəkdir. Bu da öz növbəsində, yerli iqtisadiyyatın inkişafına kömək edə bilər.


Hazırda Finlandiya iqtisadiyyatı işsizlərin və pensiyaçıların sayının artımından əziyyət çəkir. Əmək bazarında təkliflərin sayı əhəmiyyətli dərəcədə azalıb, iqtisadiyyatın inkişafı üçün zəruri şərait pisləşib. Mütəxəssislərin qıtlığını daxili imkanlar hesabına aradan qaldırmaq olmur, çünki çox vaxt finlandiyalı işsizlərin yaşı, təhsili və ya yaşayış yeri uyğun gəlmir.


Ekspertlər qeyd edirlər ki, hazırda immiqrantların təxminən 50 faizi işlə təmin olunub.


Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Helsinki