İqtisadiyyat

ExpressPay ödəniş terminallarında Azercell üzrə ödəmələr əlavə olunub

Metbuat.az

Bakı, 8 aprel,

AZƏRTAC

 


ExpressPay ödəniş terminallarına Azercell üzrə ödəmələr əlavə olunub. Artıq 050 və 051 ilə başlayan mobil nömrə sahiblərini balanslarını ExpressPay terminalları vasitəsilə artıra bilərlər.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, hazırda ödəniş terminallarında “Expressbank”a aid ödənişləri (kredit ödənişi, əmanət və cari hesabın artımı, həmçinin bank kartlarına onlayn rejimdə mədaxil), EmbaFinans (Embawood və Madeyra mebelləri) bank olmayan kredit təşkilatının ödəmələri, Nikoil Bank, Bakı taksi, mobil operatorlar, kommunal / rabitə ödənişləri (Aztelekom – BTRİB), kabel TV, İnternet provayderlər, həmçinin onlayn oyunlar, sosial şəbəkələr və digər xidmətlər də daxildir.


Qeyd edək ki, 2014-cü ili may ayından etibarən fəaliyyət göstərən terminallara yaxın aylarda bir sıra yeni ödəniş vasitələri və şirkətlər əlavə olunacaq. Bu sırada digər kommunal ödənişlər, kabel televiziyaları, İnternet provayderlər və s. nəzərdə tutulur.


Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən,

www.expressbank.az

 saytından və ya bankın rəsmi facebook səhifəsindən

www.facebook.com/Expressbank

 əldə etmək olar.