İqtisadiyyat

“Expressbank” müştərilərə pulsuz bank kartları təklif edir

Metbuat.az

Bakı, 21 aprel,

AZƏRTAC

“Expressbank” bank kartlar üzrə şərtləri sadələşdirərək, onlarI müştərilərə ödənişsiz əsasda təklif edir.


Bankdan

AZƏRTAC

-a bildiriblər ki, hesaba minimum 400 manat ilkin mədaxil etməklə Visa Gold / MasterCard Gold kartlarını əldə Etmək olar.


Visa Platinum / MasterCard Platinum üçün isə 800 manat ilkin mədaxil edərək filiallarda və ya

www.expressbank.az

 saytından onlayn sifariş etmək mümkündür. Hər 2 prenium kart üçün SMS məlumatlandırma xidməti pusuz təqdim edilir. Müştəri kartı aldığı gün hesaba mədaxil etdiyi məbləğdən komissiyasız istifadə edə bilər.


Bundan başqa müştərilər Visa Electron / Maestro kartlarını 6 AZN, Visa Classic / MasterCard Standard kartlarını isə 8 AZN-ə əldə edə bilərlər. Kartlar 1 il müddətinə verilir, SMS məlumatlandırma xidməti 6 AZN-dir.


Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzindən,

www.expressbank.az

 saytından və ya bankın rəsmi facebook səhifəsindən www.facebook.com/Expressbank əldə etmək olar.