İqtisadiyyat
“Expressbank” mart ayının nəticələrini elan edib
Bakı, 17 aprel,
AZƏRTACAprelin 1-nə olan məlumata görə, “Expressbank”ın aktivləri 290,9 milyon manat təşkil edib.
Müştərilərə verilən kreditlərin həcmi isə 18,9 milyon manat və ya 10,1 faiz artaraq 206,8 milyon manata çatıb.
Bankdan
AZƏRTAC-a bildirilib ki, həmin müddətdə depozitlərinin həcmi 129,5 milyon manat, əhalinin əmanətlərinin həcmi isə 53,8 milyon olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 23,2 faiz çoxdur.
Bankın məcmu kapitalı 39,3 milyon manat təşkil edib.
Bank xidmətləri barədə ətraflı məlumatı132 Məlumat Mərkəzindən,
www.expressbank.azsaytından və ya bankın rəsmi facebook səhifəsindən
www.facebook.com/Expressbankəldə etmək olar.