Dünya

Evo Moralesin cangüdənindən jurnalistə qarşı elektroşok

Metbuat.az

Amerika Sammiti keçirildiyi Panamada Boliviya prezidenti Evo Moralesin mühafizəçisi  teleoperatora qarşı elektroşoker tətbiq edib. Lent.az-ın “La Tribuna”ya istinadən verdiyi xəbərə görə, insident Moralesin sammitə gəldiyi vaxt baş verib. Teleoperator prezidentə həddindən çox yaxınlaşdıqda mühafizəçi ona qarşı elektroşokerdən istifadə edib. Bir qədər sonra Morales hadisəyə görə üzr istəyib, lakin jurnalistləri qeyri-mütəşəkkil hərəkət etməkdə günahlandırıb. Evo Morales təhlükəsizliyinin təmin olunmasına görə Panama hökumətinə təşəkkürünü bildirib.