Dünya

Ermənistanın sonu yaxınlaşır

Metbuat.az

Ermənistanda ölüm göstəricisinin doğum göstəricisini üstələyəcəyi günə çox qalmayıb.



ANS PRESS-in məlumatına görə, bu barədə erməni demoqraf Ruben Yeqanyan bu gün İrəvanda keçirdiyi mətbuat konfransında bildirib.



“Bu günkü demoqrafik mənzərə həyəcan doğurur, doğum azalır və bu, davamlı olacaq”,- deyə Yeqanyan vurğulayıb.



“Hər il əhalinin 1%-i azalır”, - deyə demoqraf ölüm əmsalının durmadan artdığını bildirib.



Onun fikrincə, hökumət hansısa tutarlı addım atmaq üçün yetərli resurslara malik deyil.






Mənbə
ANS PRESS