Dünya

Ermənistanın rəsmi orqanları baş çavuşun öldüyünü gizlədirmiş

Metbuat.az

[ 08 Aprel 2015 15:43 ]



Bakı. Ağa Cəfərli - APA. Ermənistanın ordusunun baş çavuşu, Araqasotn vilayətinin Niqavan kənd sakini, 43 yaşlı Ayk Keşişoğlyanın nə vaxt öldürüldüyü müəyyənləşib.

APA-nın Ermənistanın “Qraparak” qəzetinə istinadən verdiyi məlumata görə, Niqavan kənd icra nümayəndəsi Artaşes Qalstyan baş çavuşun ölümünün detallarından danışaraq hadisənin 3 aprel gecəsi baş verdiyini bildirib. O deyib ki, hadisə şimal-şərq sərhədində baş verib və Keşişoğlyan 3 güllə yarası alaraq ölüb. Ermənistan Müdafiə Nazirliyi isə hadisə haqqında aprelin 7-də məlumat yayıb. Bir neçə gün ərzində mətbuatın verdiyi sorğulara rəsmi qurumlar tərəfindən heç bir cavab verilməyib.

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi dəfələrlə erməni tərəfini itkiləri gizlətməkdə və mərhələlərlə açıqlamaqda ittiham edib.