Ermənipərəst senator rüşvətxor çıxdı
Erməni diasporasının fəal dəstəkçisi kimi tanınan ABŞ senatoru korrupsiyada ittiham olunur.
ANS PRESS-in məlumatına görə, olmuş ABŞ-ın Ədliyyə Nazirliyi bu ilin yanvarınadək Senatın xarici işlər üzrə komitəsinin başçısı Nyu-Cersi ştatından olan ermənipərəst demokrat senator Robert Menendes ilə bağlı korrupsiya ittihamı irəli sürüb.
Ötən ayın əvvəllərində gündəmə gələn xəbərlərdə bildirilirdi ki, R.Menendes Floridada yaşayan dostlarından biri, oftalmoloq Salomon Meldjenanın vəzifəyə gətirilməsi üçün xidməti vəzifəsindən istifadə etməkdə şübhəlidir. Senator barəsində araşdırma təxminən iki il davam edib.
Xatırladaq ki, 62 yaşlı ermənipərəst Robert Menendes ABŞ prezidenti Barak Obama administrasiyasının xarici siyasətini kəskin tənqid edənlərdəndir. O, xüsusilə ABŞ-ın Kubaya qarşı ticarət embarqosunun yumşalması və İran nüvə proqramı üzrə Tehranla danışıqlara qarşı çıxır. Senator Menendes həmçinin bir neçə dəfə Ukraynada vəziyyətlə əlaqədar Rusiyaya qarşı sanksiyaların kəskinləşməsini dəstəkləyir.
MənbəANS PRESS