Dünya

Erməni veteranı Putin tutdurub?

Metbuat.az

Ermənilər Qarabağ müharibəsi veteranı, Şuşanın işğalının iştirakçısı Jirayr Sefilyanın həbsinə Vladimir Putinin göstəriş verdiyini ilddia edirlər.



ANS PRESS-in məlumatına görə, bu barədə erməni rejissor Tiqran Xzmalyan bildirib. Onun fikrincə, müxalifətçi “Müəssislər parlamenti” hərəkatının üzvü olan Sefilyanın və onun silahdaşlarının həbsi məhz Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında gerçəkləşdirilib.



“Biz bir saniyə də unutmamalıyıq ki, bu marionetlər kimin qulu, kimin əlaltısıdır”,- deyə rejissor Serj Sarkisyan hakimiyyətini tənqid edib.



Beyrutda anadan olmuş polkovnik Jirayr Sefilyan gənc yaşlarında Livandakı vətəndaş müharibəsinin iştirakçısı olub. 1990-cı ildə hərbi təlimatçı kimi Ermənistana gəlib və 1991-ci ildə dinc azərbaycanlılara divan tutan erməni silahlı birləşmələrinin tərkibində Qarabağa gəlib. Şuşanı işğal edən erməni birləşmələrinin rəhbərlərində biri olub.



2000-ci ilə kimi Ermənistan ordusunda rəhbər vəzifələrdə işləyib. Həmin ildən siyasətə qoşulub və kəskin müxalifətə keçib. 2006-2008-ci illərdə həbsdə yatıb.



2015-ci il aprelin 7-də Jirayr Sefilyan yenidən həbs edilib.



Mənbə
ANS PRESS